Ermənistanın daha üç PUA-sı məhv edilib

Xəbərlər

21.10.2020 - 16:49

İkisi Füzuli istiqamətində, bir isə Tərtər istiqamətində vurulub

 

Bu gün saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha üç taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, PUA-dan ikisi cəbhənin Füzuli istiqamətində, bir isə Tərtər istiqamətində vurulub.

Müəllif: Ayna.az