Ermənistan yeni ərazilər işğal etmək istəyib – Tovuz döyüşlərinin <font color=red> DETALLARI</font>

Siyasət

21.07.2020 - 12:20

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı mətbuat konfransı keçirildi

 

Bu gün Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi rəsmilərinin də iştirakı ilə mətbuat konfransı keçirilib. AYNA xəbər verir ki, Bakıda keçirilən konfrans Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı olub.

 

Prezidentin köməkçisi deyib ki, Tovuz istiqamətində təxribatdan dərhal sonra aidiyyəti dövlət qurumlarına zəruri tapşırıqlar verilib. Onun sözlərinə görə, məsələyə Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclasında Prezident İham Əliyev tərəfindən tam qiymət verilib: “Hadisələrdən əvvəl Ermənistan yeni irticaçı doktrina qəbul edib. Bu, Ermənistanın təxribat törədəcəyinə dəlalət edirdi. Ermənistanda yeni Milli Təhlükəsizlik Strategiyası qəbul edilib. İyulun 12-də Tovuz istiqamətində postumuza qəfil artilleriya zərbəsi endirilib. Ermənistan UAZ avtomobilinin postlarına yaxınlaşdığını iddia edir. Bu, əsassızdır. Azərbaycanın Ermənistanla Tovuz istiqamətində sərhəddə hər hansı hərbi məqsədi yoxdur. Azərbaycanın Ermənistanla həmin sərhədində nəzarətin ordudan Sərhəd Qoşunlarına verilməsinə hazırlıq görülür. Bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı hərbi təcavüzdür”.

 

“Ermənistanın məqsədi ilk növbədə diqqəti Ermənistan-Azərbaycan münaqişəsindən yayındırmaq idi. Məqsəd Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatları, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın son dövrlər beynəlxalq səviyyədə apardığı uğurlu işlərə kölgə salmaq idi. Eyni zamanda Şərq-Qərb Nəqliyyat Dəhlizinə, neft-qaz boru kəmərlərinə zərər gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək, sərhəd boyunca yeni üstünlüklər əldə etmək, Ermənistanda mövcud daxili problemlərdən diqqət yayındırmaq da qarşıya qoyulan məqsəd idi. Ermənistan ordusunda hökm sürən mənəvi deqradasiyanın, aprel və Güngüt əməliyyatlarında vurulan zərbələrin əvəzini almaq niyyətləri də vardı. Ermənistan qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi”, - deyə Hacıyev vurğulayıb.

 

Prezidentin köməkçisi nəzərə çatdırıb ki, Azərbaycan ordusu düşmənin hücum və təcavüz aktının qarşısını aldı: “Ermənistan silahlı qüvvələrinə layiqli zərbə endirildi. Sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu. Bu təcavüz aktına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan sivil dünya üçün təhlükə olmağa davam edir”.

Prezidentin köməkçisi: "Tovuz istiqamətində təxribatdan dərhal sonra aidiyyatı dövlət qurumlarına zəruri tapşırıqlar verilib"

“Çətin vəziyyətə düşən Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”

 

“Çətin vəziyyətə düşən erməni lobbisi və Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”, - Prezident Adminstrasiyası rəsmisi vurğulayıb. O, bildirib ki, Ermənistan çətin vəziyyətə düşəndə yenə mülki obyektləri hədəf almağa başladı: “Xocalıda olduğu kimi yenə Azərbaycanın yaşayış obyektləri hədəfə alınırdı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurub. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli tədbirləri nəticəsində mülki əhaliyə vurulmaq istənilən zərbənin qarşısı alınıb. Prezident İlham Əliyevin sərəncamı ilə mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərin qiymətləndirilməsi aparılır. Ermənistanın bu hücumları beynəlxalq sənəd və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır”.

 

“Ermənistanın atəş məntəqələri qəsdən yaşayış məntəqələrinin içərisində yerləşdirilib. Bununla da mülki obyektləri hədəfə çevirməyə çalışırdılar. Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində bu niyyət də baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən kritik infrastrukturların hədəfə alınması nəzərdə tutulmayıb. Ancaq Ermənistan Azərbaycan ərazisindəki kritik infrastrukturların hədəfə alınmasını nəzərdə tutduqlarını bəyan edib”, - deyə Prezidentin köməkçisi qeyd edib.

 

“BMT qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”

 

H.Hacıyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb. O, Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb: “Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”.

 

“Hadisələrin gedişi göstərir ki, yalnız atəşkəs kifayət deyil. Ermənistan atəşkəsin arxasında gizlənərək təcavüz siyasətini davam etdirir: “Bu xüsusda BMT Baş Katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”.

 

XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib ki, XİN tərəfindən ilk olaraq 12 iyul tarixində Tovuz istiqamətində baş verən hadisə ilə bağlı bəyanat səsləndirildi. O, bildirib ki, Ermənistanın əməli hərbi təcavüz və terror aktıdır: “12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin başladığı təxribatla bağlı beynəlxalq ictimaiyyətin reaksiyasına diqqət ayırmaq istərdim. Beynəlxalq ictimaiyyət - Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM Ermənistanın hərbi təxribatını qəti şəkildə qınadı. 14 iyul tarixində Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycanın mülki obyektlərini atəşə tutmasını qətiyyətlə pisləyib. Baş katib Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair Türk Şurasının məlum mövqeyini bir daha təsdiq edib. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi də bəyanatla çıxış edib, Azərbaycana dəstək ifadə olunub, Ermənistanın təxribat cəhdi pislənilib”.

 

XİN rəsmisinin sözlərinə görə, Qoşulmama Hərəkatı iyulun 18-də qəbul etdiyi kommunikedə baş verən təxribatı qətiyyətlə pisləyib: “Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər”.

 

“Beynəlxalq təşkilatlarla bərabər ayrı-ayrı dövlətlər də Ermənistanın təxribatını pisləyib. Son günlər Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktlarına cəhdlər olur, aksiyalar keçirməyə çalışırlar. Azərbaycanlılar tərəfindən həmin ölkələrdə Ermənistanın bu cəhdlərinə qarşı cavab aksiyaları təşkil olunur. Erməni radikal təşkilatlarının bu hərəkətlərinə aksiyalarla cavab verilir. Dövlət başçısının birbaşa rəhbərliyi altında diplomatik nümayəndəliklərimiz tərəfindən Ermənistanın təcavüz siyasətinin nəticələri barədə məlumatlandırma işləri davam etdirilir”, - deyə XİN rəsmisi söyləyib.

 

“Bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq”

 

Konfransda iştirak edən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, iyulun 12-də Tovuz istiqamətində düşmən mövqelərimizi ələ keçirməyə cəhd edib. Dərgahlı deyib ki, öncə yüngül, daha sonra isə ağır silahlardan, artilleriyadan istifadə etməklə hücum cəhdi olub: “Komandanlıq tərəfindən düşmənə cavab verilməsi ilə bağlı dərhal əmr verilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması ilə bağlı tapşırıq verilib və bölmələrimiz fəaliyyətə başlayıb. Düşmənin ön xətdə yerləşən mövqeləri, dayan məntəqələri, ehtiyatları, 100-dən artıq canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatının, sosial şəbəkələrin monitorinqi düşmənin itkisinin yüzlərlə olduğunu göstərir. Ermənistan tərəfi itkiləri gizlədir. Yəqin ki, bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq”.

 

Müdafiə Nazirliyinin erəsmisi qeyd edib ki, düşmən itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin olması da ehtimal olunur: “Ona görə də Ermənistan hərbi rəhbərliyinin bu itkiləri gizlətmək imkanı artır. Bu təxribat nəticəsində ərazi itkisi olmayıb. Ərazi itkisi ilə bağlı səsləndirilən iddiaları tam rədd edirik”.

Azərbaycan Prezidentinin köməkçisi: “Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”

“Düşmən tərəfin işğal olunmuş ərazilərdə və Naxçıvan istiqamətində fəallığı müşahidə olunub. İyulun 14-də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin bir avtomobili məhv edilib. Bu döyüşlərdə bölmələrimiz qarşısında düşmən mövqelərini ələ keçirmək məqsədi yox idi. Bizim Azərbaycan-Ermənistan sərhədində hərbi məqsədimiz yoxdur. Təəssüflər olsun ki, şəhidlərimiz də olub, onlara başsağlığı veririk. Yaralılarımız da var və onlar hərbi tibb müəssisələrində müalicə alırlar”, - deyə Dərgahlı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş