Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutub

Siyasət

11.06.2021 - 17:13

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi: "Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır"

 

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

 

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.

 

Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginlik davam edir. Ermənistan silahlı qüvvələri iyunun 10-da da Kəlbəcər istiqamətində bölmələrimizə atəş açmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş