Rüşvətxor məmurlarla bağlı maraqlı təklif

Siyasət

20.12.2019 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

"Bu mexanizm istənilən məmurun fəaliyyətini izləməyə imkan verir"

 

İtisadçı-ekspert Rövşən Ağayev icra başçılarının fəaliyyətinə nəzarət etmək məqsədilə daha səmərəli və effektiv təklif irəli sürüb. AYNA xəbər verir ki, R.Ağayev bu barədə öz "Facebbok" səhifəsində yazıb.

 

"Əgər icra başçıları korrupsiya, rüşvət ittihamı ilə həbs edilirsə, kütləvi şəkildə bütün vəzifəli şəxslərin xidməti otaqlarına kameralar yerləşdirməkdən daha mükəmməl mexanizm var. Bütün məmurların və onların ailə üzvlərinin gəlir və əmlak bəyannaməsi vətəndaş üçün açıq olmalıdır. Ailəsinin və özünün xərcləri və sahub olduqları sərvətlər ailənin rəsmi gəlirlərini üstələdiyi an prokurorluq orqanları təqdima gözləmədən araşdırma, zərurət yarandıqda istintintaq başlamaqla bağlı müstəsna səlahiyyətlər qazanmalıdır", - deyə iqtisadçı bildirib.

Картинки по запросу Rövşən Ağayev

R.Ağayev, həmçinin qeyd edib ki, bu mexanizm selektiv yanaşmır, istənilən məmurun fəaliyyətini, həyat tərzini izləməyə imkan verir, korrupsioner olub-olmadığını, xırda rüşvətxor, yoxsa iri korrupsioner olduğunu dərhal aşkarlamağa imkan verir. 

Müəllif: Ayna.az