Ermənistan-İran arasındakı Mehri gömrüyü bağlanıb

Dünya

26.04.2021 - 17:14

Buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb

 

Ermənistanla İran arasında fəaliyyət göstərən Mehri gömrüyü bağlanıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

 

Məlumata görə, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.

 

“Nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın əmri ilə bağlanıb. Göstərişin verilməsinin səbəbi məlum deyil”, - məlumatda vurğulanıb.

 

Komitə isə hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş