Ermənistan Goranboyun Meşəli kəndini hədəfə alıb

Xəbərlər

25.10.2020 - 14:24

Düşmən qadağan olunmuş kaset sursatlardan istifadə edir

 

Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb. Bu barədə AYNA-ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat verilib.

 

Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar  edib: "Bu fakt bir daha sübut edir ki, erməni hərbi qrupları davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər".

Müəllif: Ayna.az