Ermənistan 10 hərbçisinin yaralandığını açıqlayıb

Dünya

15.07.2020 - 11:57

Bir hərbçinin vəziyyəti ağırdır

 

Ermənistan ordusunun 10 hərbi qulluqçusu Tovuzdakı döyüşlərdə yaralanıb. AYNA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan bildirib.

 

O, deyib ki, bir hərbçinin vəziyyəti ağırdır, 9 nəfər isə müxtəlif dərəcli yaralar alıblar.

 

Qeyd edək ki, Yerevan itkilərin və yaralıların sayını gizlətməyə çalışır.

Müəllif: Ayna.az