Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Xəbərlər

16.11.2020 - 12:12

Sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib

 

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

 

Qurumun Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb.

 

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 410-dir.

Müəllif: Ayna.az