Ermənilər Haramı düzünü ağır artilleriyadan intensiv atəşə tutub

Xəbərlər

11.10.2020 - 20:36

Düşmən Yuxarı Qiyaməddinli kəndini də atəşə məruz qoyub

 

Ermənistan silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

 

Baş Prokurorluqdan AYNA-ya verilən xəbərə görə, oktyabrın 11-də saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonunun Haramı düzü adlanan ərazisi və Yuxarı Qiyaməddinli kəndi ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmilərinin partlaması nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün tədbirlər həyata keçirilir.

 

Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az