Mədəniyyət nazirinin birinci müavini “Twitter”də paylaşım edib
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib. AYNA xəbər verir ki, A.Kərimov bu barədə “Twitter” hesabında paylaşım edib.
“Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi, heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər”, - deyə A.Kərimov vurğulayıb.