Erməni “revanşistləri”nin fantaziyaları və şikayətləri – <font color=red> “Günahkar xalqdır!”</font>

Siyasət

22.02.2021 - 15:17

Fiaskoya uğrayan və məyus olan “intiqam axtaranlar” pis bir oyunda yaxşı bir sima nümayiş etdirməyə çalışdılar

 

17 partiyanın daxil olduğu Ermənistan müxalifətinin “Vətənin Qurtuluşu” Hərəkatı şənbə günü İrəvanın mərkəzində mitinq keçirdi. Aksiya tam bir fiyasko ilə sona çatdı, çünki siyasi məğlubları dinləməyə on mindən də az adam gəlmişdi. Bir daha vurğulayıram ki, 17 partiya Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb etməyə hazır olanlardan yalnız bir neçə mini küçələrə çıxmağı bacardı.

 

Mitinq zamanı gələnlərin həqiqi sayından açıq şəkildə məyus olan “intiqam axtaranlar” pis bir oyunda yaxşı bir sima nümayiş etdirməyə çalışdılar. Xüsusilə ARF “Daşnaksütyun” Ali Qurumunun nümayəndəsi İşxan Saqhatelyan mitinq iştirakçılarının bütün dünyaya hazırki vəziyyəti qəbul etmədiklərini və “Vətənin Qurtuluşu” Hərəkatının zəifləmədiyini göstərdiyini vurğuladı. Təşkilatçıları nə qədər çalışsalar da, əslində ortada dünyaya göstərəcək bir şey yox idi.

 

Baş verənlər o qədər gülünc nöqtəyə gəldi ki, mitinqdə çıxış edən siyasətçilərin evdə qalan Ermənistan vətəndaşlarını aksiyaya qoşulmağa çağırmasından sonra erməni mediasının yazdığına görə, meydanın müxtəlif tərəflərindən insanlar tribunadakı natiqlərə cavab veriridilər ki, 17 partiya qəti addım atan kimi küçə aksiyalarında iştirak edənlərin sayı dərhal üç dəfə artacaq. Yəni, biz “düşüncəmizlə sizin yanınızdayıq”...

 

“Yeri gəlmişkən, 17 partiya liderinin evdə qalanlara davamlı müraciət etməsi, bir çoxunun onların sadəcə Paşinyanı istefaya məcbur edə bilməməsinə bəhanə axtardıqlarını düşünməsinə səbəb oldu. Bəs, Paşinyanı buna kim məcbur edə bilər? Bu gün xəyanəkar Baş nazirin küçəyə kritik bir kütlə çıxsa da, vəzifəsindən ayrılmayacağı ilə bağlı çox söhbətlər var”, - deyə “Qolos Armenii” nəşri şikayətlənir.

 

Şənbə günü müxalifət mitinqinin nəticələrindən məyus olanların yazdığı bir çox məqalələr var. “Və Nikolun “Stokholm Sindromu”nun səbəbi  sadədir - ən güclü həyəcanın təsiri altında, onun zəhərli siyasətinin qurbanına çevrilən adi insanlar, cəlladına rəğbət bəsləyir, özlərini onunla eyniləşdirir və özlərinin qurban verilməsinin lazım olduğunu düşünərək, hərəkətlərinə haqq qazandırmağa başlayırlar. Nikol texnoloqlarının bütün təbliğatları məhz bunun üzərində qurulub”, - Mina Xaçatryanın sözləri “Yerkramas”da dərc edilir. Yəni, “revanşistləri” dəstəkləməyən Ermənistan vətəndaşlarına qarşı ittihamlar artıq çoxalmağa başlayıb.

Демонстранты с зонтиками и флагами во время митинга оппозиции на площади Свободы (20 февраля 2021). Еревaн

“Təəssüf ki, indi bütün etiraz aksiyalarının hökumət üzərində heç bir təsiri olmadığını və bəlkə də gələcəkdə də heç bir nəticə verməyəcəyini görürük. Seçicilərin passivliyi bütün ölkəyə ziyan vurur”, - deyə Ermənistanın birinci ombudsmanı, “Qanuni Özbaşınalığa Qarşı” İctimai Təşkilatın rəhbəri Larisa Alaverdyan şikayətlənir. Və bu həm də mahiyyət etibarilə əksər Ermənistan vətəndaşlarının “revanşistlərin” çıxışlarına, müraciətlərinə və addımlarına marağının olmamasının etirafıdır.

 

Bu, məntiqlidir. Çünki “revanşistlər”in mövcud hökumətin devrilməsi xaricində heç bir real proqramı yoxdur. Bunu “Vətənin Qurtuluş” Hərəkatı tərəfindən namizəd göstərilən Vazgen Manukyan da təsdiqlədi: “Əlbəttə, heç birimiz 9 noyabrda imzalanan Üçtərəfli Bəyanatla razılaşmırıq. Ancaq bunu ləğv edə bilmərik, çünki bütün bunların arxasında hazırda ehtiyacımız olmayan və buna hazır olmadığımız bir müharibə var”.

 

Yaxşı, insanları çağıran qüvvələr ölkənin əsas problemlərini həll edə bilmədiklərini etiraf etdikdə, küçələrə kim çıxacaq? Cavab aydındır - ümumi sayı bir neçə min nəfər olan bəzi partiyaların nümayəndələrinin yalnız kiçik bir hissəsi. Və bu qədər insanla hakmiyyət dəyişikliyi təmin edilə bilməz. Buna görə də, primitiv bir yalanın işə salınması heç də təəccüblü deyil. Yalanlar fərqli idi, ancaq “Mediaport” “Telegram” kanalı hamını üstələdi. Orada bütün ciddiliklə Azadlıq meydanındakı mitinq iştirakçılarının sayının 29-30 min olduğunu iddia edirlər. Guya ki, bunlar rəsmi oaraq açıqlanmasa da, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatları idi. Və deyirlər ki, Paşinyan bundan çox qorxdu.

 

Gülməlidir? Əlbəttə. Çünki reallıqda hətta 30 min insanın belə mitinqə gəlməsi mövcud hakimiyyət üçün bir təhlükə deyil. Həqiqətdə isə meydana 10 mindən az adam gəlmişdi - mövcud Ermənistan hakimiyyətinin əleyhdarları nə qədər xəyal qurmağa çalışsalar və xalqın passivliyindən şikayət etsələr də ...

Müəllif: Əkbər Həsənov