Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir - RƏSMİ

Xəbərlər

31.01.2025 - 19:20

cedabet dərman SEO Xidməti

Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb

Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edək ki, 2024-cü il noyabrın 7-də "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan, Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmayıb. 12 millik ərazi sularına daxil olduqdan sonra bu dövlətin müvafiq qurumu girişin icazəsiz olduğunu vurğulayaraq gəmiləri saxlayıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşlar olmaqla, ümumilikdə 24 nəfər olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə bağlı sonuncu açıqlamasında bildirib ki, qarşı tərəflə Ankara və Moskva səfirlikləri vasitəsilə aparılan danışıqlarda müsbət irəliləyişlər müşahidə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş