Türkiyə və Qazaxıstan liderləri ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Comart Tokayevlə telefon danışığı aparıb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin sosial media platformasında yaydığı açıqlamada qeyd edilib
Bildirilib ki, söhbət zamanı liderlər ikitərəfli münasibətlərin vəziyyətini, eləcə də regional məsələləri müzakirə ediblər.
Türkiyə lideri Qazaxıstan Prezidentini 23 avqustda ölkədə keçirilən Qurultay seçkiləri münasibətilə təbrik edib. Prezident Ərdoğan yüksək seçici fəallığının respublikada həyata keçirilən islahatlara xalqın dəstəyini nümayiş etdirdiyini qeyd edib.
Türkiyə Prezidenti Ankaranın Qazaxıstanla ikitərəfli münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcəyini vurğulayıb.