Ərdoğandan Trampa xüsusi jest: “Əziz dostum…”

Dünya

29.04.2020 - 14:13

cedabet dərman SEO Xidməti

“Ölkələrimizin potensialını ən yüksək səviyyədə reallaşdırmaq, xüsusən də 100 milyard dollarlıq ticarət hədəfimizi reallaşdırmaq üçün faydalanmaq lazımdır

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa, ölkəsinə tibbi ləvazimatlar yardımı etdiyinə görə məktub göndərib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan məktubda Türkiyə-ABŞ münasibətlərinin inkişafından danışıb.

 

“Əziz dostum! Ümid edirəm ki, qarşıdakı dövrdə Konqress və ABŞ mətbuatı münasibətlərimizin strateji əhəmiyyətini başa düşəcək və ümumi problemlərimizlə ortaq mübarizəmizi başa düşüb hərəkət edəcək. Bilirsiniz ki, dünya miqyasında COVID-19-un yaratdığı təhlükələrə qarşı sizinlə etdiyimiz əməkdaşlığa böyük əhəmiyyət verirəm. Birgə səylərimizlə pandemiyanı məğlub edəcəyimizə inanıram və bu böhranla mübarizədən çıxaracağımız dərslər və inkişaf etdirdiyimiz yeni imkanlarla səhiyyə sahəsində əməkdaşlığımızı irəliyə daşıyacağıq”, - məktubda bildirilir.

 

Ərdoğan qeyd edib ki, Türkiyə pandemiya ilə mübarizədə və normallaşma prosesində tələb olunan əsas ehtiyacları ödəməkdə ABŞ-ın etibarlı və güclü tərəfdaşı kimi hər cür həmrəyliyi nümayiş etdirməyə davam edəcək: “Əslində, əvvəllər ixrac etməyə icazə verdiyimiz materiallarla yanaşı, bu gün ABŞ-a Hərbi Hava Qüvvələrimizə aid bir təyyarədən və Amerika xalqının təcili olaraq ehtiyac duyduğu tibbi ləvazimatlardan ibarət yardım göndəririk. Ümid edirəm ki, göndərdiyimiz bu yardım pandemiya ilə mübarizənizə töhfə verəcək və xəstəliklərinizin qısa müddətdə sağalmasına kömək edəcək. İnanıram ki, pandemiyadan sonrakı müddətdə bu əməkdaşlığı davam etdirmək və qlobal nizamın tələb etdiyi islahatların və qaydaların həyata keçirilməsində, xüsusən də beynəlxalq iqtisadiyyatın bərpasında yaxından koordinasiya və tərəfdaşlıq etmək bizim üçün son dərəcə vacib və faydalı olacaq. Bu mövzuda fikirlərimizi və təkliflərimizi ən qısa zamanda bölüşəcəyəm”.

 

“Düşünürəm ki, pandemiya səbəbindən daha da güclənən və şaxələnmiş əməkdaşlığımızın yaratdığı müsbət mühitdən hər sahədə Türkiyə-Amerika ikitərəfli münasibətlərini inkişaf etdirmək və ölkələrimizin potensialını ən yüksək səviyyədə reallaşdırmaq, xüsusən də 100 milyard dollarlıq ticarət hədəfimizi reallaşdırmaq üçün faydalanmaq lazımdır. Əslində, bölgədə, xüsusən də Suriya və Liviyada baş verən son hadisələr, Türkiyə-ABŞ ittifaqının və əməkdaşlığının ən güclü şəkildə qorunmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Bu münasibətlə, ABŞ-da koronavirusdan həyatını itirən vətəndaşlarınız üçün ölkəm və millətim adından, xüsusən onların qohumlarına, dost və müttəfiq Amerika xalqına başsağlığı verirəm. Birlikdə uğurla yekunlaşdıracağımız bu mübarizədə səmimi sevgi və salamlarımı bildirirəm”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş