Ərdoğan Zəfər Günü ilə bağlı paylaşım edib

Tarix

08.11.2023 - 22:07

Ərdoğan: "Qarabağ Azərbaycan ərazisidir və inşallah, qiyamətə qədər belə qalacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.

AYNA xəbər verir ki, dövlət başçısı qeyd edib:

“Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş qazilərimizi hörmətlə, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və, inşallah, qiyamətə qədər belə qalacaq”.

Müəllif: Ayna.az