Ərdoğan yeni hökumətin ilk iclasının tarixini açıqlayıb

Dünya

03.06.2023 - 23:12

Həkimlər Klinikalar SEO Xidməti

İyunun 6-da yeni hökumətin iclası keçiriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin ilk iclasının keçiriləcəyi tarixi açıqlayıb.

AYNA-nın xəbərinə görə, bu barədə Türkiyə lideri səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışında bildirib.

Ərdoğan hökumətin yeni kabinetinin bu axşam açıqlanacağını diqqətə çatdırıb: “Gələn həftənin ikinci günü (iyunun 6-da - red.) yeni hökumətin iclası keçiriləcək”.

Eyni zamanda dövlət başçısı ölkəsinin səsvermənin başa çatması ilə yeni yola, Türkiyə Yüz İlinə başladığını vurğulayıb.

Müəllif: Ayna.az