Ərdoğan: “Bayden qanlı əlləri ilə tarix yazarkən...”

Dünya

18.05.2021 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti: “...Buna səssiz qala bilməyəcəyik”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ tərəfindən İsraila dəstək verilməsini qınayıb. AYNA “Hürriyet”ə istinadən bildirir ki, Türkiyə lideri deyib ki, Fələstin xalqı uzun illər zülm içərisində yaşayıb və zülmdən əziyyət çəkir.

 

"Bu gün ABŞ Prezidenti Co Baydenin İsrailə silah satışı ilə bağlı imzasını gördük. Amerika Prezidenti qanlı əlləri ilə tarix yazarkən, buna səssiz qala bilməyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 

Qeyd edək ki, mayın 17-də Fələstinlə artan qarşıdurma fonunda ABŞ-ın İsrailə 735 milyon dollar dəyərində silah satacağı məlum oldu.

 

Xatırladaq ki, mayın 10-da Qəzza zolağında toqquşma başlayıb. Məlumatlara görə, Fələstindəki qruplar İsraili kütləvi şəkildə atəşə tutublar. Ölkə daxilinə minlərlə raket atılıb. Buna cavab olaraq İsrail ordusu 5000 hərbi qüvvəni ehtiyata toplayıb və əməliyyatlara başlayıb. Qarşıdurmalar hələ də davam edir. Son məlumatlara görə, qarşıdurmanın kəskinləşməsinə başladığı gündən bu yana 10 israilli və 220 Qəzza zolağının sakini ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş