Ərdoğan: "28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq"

Dünya

16.05.2023 - 00:27

Ərdoğan seçkilərlə bağlı "Twitter"də paylaşım edib

Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdəki paylaşımında bildirib.

"Mayın 28-nə kimi dayanmadan, dincəlmədən sevimli millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik", - Ərdoğan qeyd edib.

Türkiyə lideri bildirib ki, nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi 85 milyon nəfərlə türk demokratiyası və türk Milləti oldu.

"Mayın 14-də seçkiyə gedərək azad iradəsini əks etdirən bütün vətəndaşlarıma və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm", - Ərdoğan vurğulayıb.

O, əlavə edib ki, Türkiyə göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi.

Müəllif: Ayna.az