Emin Əmrullayev vətəndaş qəbulu keçirəcək

Xəbərlər

01.04.2025 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Elm və təhsil naziri Emin Əmrullayev aprelin 18-də Sabirabad şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri aprelin 10-dək (saat 18:00-ə qədər) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytında elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş