Əlillərlə müğənnilər birgə mahnı oxuyacaqlar - <font color=red> VİDEO</font>

Maraqlı

24.08.2020 - 11:36

 “Bərabərik” adlı yeni layihə başlayır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə yeni “Bərabərik” adlı layihəyə başlanacaq. Nazirlikdən AYNA-ya verilən məlumata görə, layihə “MTV Azərbaycan”da istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişləri əhatə edir.

 

Məqsəd əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.

 

Əlillik onların istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilməyib, əksinə, onları daha da ilhamlandıraraq, bu layihənin ərsəyə gəlməsinə kömək edib. 

Müəllif: Ayna.az