Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olunur

Xəbərlər

13.01.2021 - 14:05

Həkimlər Klinikalar SEO Xidməti

Kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı ünvana bildirə bilərlər

 

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib. Bu barədə AYNA “Report”a istinadən məlumat verir.

 

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

 

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş