Eldar Salayev vəfat edib

Xəbərlər

21.06.2022 - 11:25

Həkimlər Klinikalar SEO Xidməti

AMEA-nın keçmiş prezidenti 89 yaşında dünyasını dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Eldar Salayev vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. 

Bildirilib ki, E.Salayev 89 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, E.Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (EA) Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professor olub. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatı olub. İslam Akademiyasının üzvü olub.

O, 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş