Bu qərar Fransa Senatının sədrinin El Aaiun şəhərinə səfərinə cavab olaraq qəbul edilib
Əlcəzairin Millət Şurası (parlamentin yuxarı palatası) çərşənbə günü Fransa Senatı ilə əlaqələrini dərhal dayandıracağını elan edib. AYNA.AZ xbər verir ki, bu barədə “Algerie360” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, bu qərar Fransa Senatının sədri Jerar Larşenin bu həftə Mərakeş hakimiyyətinin nəzarəti altında olan Sahravi əyalətinin El Aaiun şəhərinə səfərinə cavab olaraq qəbul edilib.
Əlcəzair onilliklər ərzində Sahravi xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir və Mərakeşin Qərbi Sahara üzərində nəzarətini işğal hesab edərək rədd edir.