Komissiyanın üzvü: "Baxılan müraciətlər yaxın zamanlarda komissiya tərəfindən Prezidentə təqdim olunacaq"
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
AYNA.AZ xəbər verir ki, Komissiyanın üzvü Əliməmməd Nuriyevin verdiyi məlumata görə, bu gün bu il üzrə komissiyanın 7-ci, sonuncu iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb. Bu il keçirilən, 3 ayadək davam edən toplantılarda ümumlikdə 800-dən çox müraciətə baxılıb. Baxılan müraciətlər yaxın zamanlarda komissiya tərəfindən Prezidentə təqdim olunacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.