Terror nəticəsində Şaytal-Şintan mahalının başçısı həlak olub
Əfqanıstanın Kunar əyalətinin mərkəzi Əsədabad şəhərində partlayış baş verib. AYNA “Sputnik Əfqanıstan”a istinadən bildirir ki, kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.
Təşkilatçıların “Taliban” hərəkatının yaraqlılarına hücum etmək məqsədi ilə terror hücumu təşkil etdiyi ehtimal olunur.
Partlayış nəticəsində azı 11 nəfər yaralanıb. Ölü sayı haqda məlumat yoxdur. Bildirilir ki, terror nəticəsində Kunar əyalətinin Şaytal-Şintan mahalının başçısı həlak olub.
Qurbanların arasında “Taliban” yaraqlılarının olub-olmadığı hələ bilinmir.