Əfqanıstanda güclü zəlzələ: 255 nəfər həlak olub

Dünya

22.06.2022 - 11:21

Təbii fəlakət nəticəsində 100-dən çox insan yaralanıb

Əfqanıstanın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Paktika əyalətində ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində 255 nəfər həlak olub.

AYNA xarici mediaya istinadən bildirir ki, ilkin məlumata görə, təbii fəlakət nəticəsində 100-dən çox insan yaralanıb.

Əyalətin Barmal, Ziruk, Nika və Qayan qəzaları daha çox zərər çəkib.

Zəlzələ Paktika ilə yanaşı, Host, Laqman, Qəzni, Lohar, Kabil və başqa əyalətlərə də təsir göstərib. Bir neçə kənd tamamilə dağılıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Müəllif: Ayna.az