Əfqanıstanda daşqınlar: ölənlərin sayı 34 nəfərə çatıb

Dünya

05.05.2021 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Təbii fəlakət nəticəsində 14 nəfər itkin düşüb

 

Əfqanıstanda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb, 14 nəfər isə itkin düşüb.

 

AYNA xarici mediaya istinadən bildirir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət Əfqanıstanın şimal-şərqindəki Bədəxşan, Baqlan, şimal-qərbində yerləşən Herat, həmçinin ölkənin mərkəzi hissəsindəki Qor, Daykundi və Bamian əyalətlərində dağıntılara və tələfata səbəb olub.

 

Daşqınlar kənd təsərrüfatı sahələrinə ciddi zərər vurub, çox sayda iribuynuzlu mal-qara tələf olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş