Əfqanıstan “Taliban”ın nəzarətinə keçdi: müvəqqəti hökumət qurulub

Dünya

15.08.2021 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

Prezident Əşrəf Qaninin öz səlahiyyətlərindən imtina etməsi, istefaya getməsi gözlənilir

 

“Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisini nəzarəti altına aldığını elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, hakimiyyətin dinc yolla təhvil verilməsi üçün müvəqqəti hökumət qurulub.

 

Keçici hökumətə ölkənin keçmiş DİN rəhbəri Əli Əhməd Cəlali başçılıq edir.

 

Yaxın saatlarda Əfqanıstan Prezidenti Əşrəf Qaninin öz səlahiyyətlərindən imtina etməsi, istefaya getməsi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş