Əfqanıstan hökuməti 1000-ə yaxın “Taliban” üzvünü azad edib

Dünya

26.05.2020 - 17:47

“Baqram” həbsxanasından 900 talibanlı məhbusu sərbəst buraxılıb

 

Fevralın 29-da ABŞ və “Taliban” arasında imzalanan məhbus mübadiləsi prosesi davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstan hökuməti bu gün Pol-e Çarxi və Pərvan şəhərlərində yerləşən, ABŞ-ın mərkəzi hərbi bazası olan “Baqram” həbsxanasından 900 talibanlı məhbusu sərbəst buraxıb.

 

“Əfqanıstan İslam Respublikası sülh prosedurunu sürətləndirmək, atəşkəs prosesini uzatmaq və üz-üzə danışıqlar aparmaq üçün bu gün 900 talibanlı məhbusu sərbəst buraxdı”, - deyə Əfqanıstan Təhlükəsizlik Şurasının sözcüsü Cavid Faysal məlumat verib.

 

Qeyd edək ki, razılaşma imzalanandan sonra Əfqanıstan hökuməti və “Taliban” yüzlərlə məhbusu azad edib. Lakin bu gün sərbəst buraxılan 900 məhbusun bu günə qədər azad edilən ən böyük qrup olduğu bildirilir. 

Müəllif: Ayna.az