Ədliyyə Nazirliyi Müsavat Partiyasına da “yox” dedi

Xəbərlər

19.07.2023 - 16:19

cedabet dərman SEO Xidməti

Arif Hacılı: “Bizə göndərilən məktubda qeyd edilir ki...”

Ədliyyə Nazirliyi müsavat Partiyasının yenidən qeydiyyatı ilə bağlı müraciətinə cavab verib. AYNA xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı bildirib.

“Gözlənildiyi kimi Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq. Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb və s. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir”, - deyə Hacılı vurğulayıb.

Onun sözlərinə görə, partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəklər: “Bu da yetərli olmasa, daha bir neçə min Müsavat Partiyası üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”.

Qeyd edək ki, üç gün əvvəl Ədliyyə Nazirliyindən anoloji cavab REAL Partiyasına da verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş