Partiyaya yeni sədr seçiləcək
Bu gün Ədalət Partiyasının növbəti IX Qurultayı keçirilir. AYNA.AZ xəbər verir ki, bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimli “Facebook”da yazıb.
Rəhimli bildirib ki, bu, təşkilatın uzn illər sədri olmuş mərhum İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasının ilk qurultayı olacaq.
“Qurultay seçkili orqanların hesabatlarını dinləyəcək və qiymətləndirəcək. Eyni zamanda, Ədalət Partiyasının sədrini, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlərini və Ali Məclisin üzvlərinin 1/3-ni seçəcək”, - deyə qeyd edib.