Düşmənin Ağcabədiyə raket atması nəticəsində 5 yaşlı uşaq yaralanıb

Hadisə

05.10.2020 - 18:18

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluq məlumat yayıb

 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

 

Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə saat 16 radələrində Ağcabədi şəhərinə 3 raket atıb. 

 

Atılmış raketlərdən biri partlamamış, biri həyətyanı sahəyə düşərək yaşayış evində dağıntılara səbəb olmuş, digəri isə yaşayış evinə düşüb.


Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib. 

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş