Düşmən yenidən mülki əhalini atəşə tutub - <font color=red> FOTO</font>

Xəbərlər

26.08.2020 - 12:44

cedabet dərman SEO Xidməti

Ermənilər Qapanlı kəndini pulemyot və snayperdən atəşə tutublar

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb.

 

AYNA xəbər verir ki, hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05:00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.

 

Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.

 

Qeyd edək ki, dünən də ermənilər Tovuz rayonunun Ağdam kəndinin əhalisini atəşə tutub. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş