Dünyada meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb

Dünya

04.07.2022 - 00:44

Epidemiyanın episentri olan Avropada 4500-dən çox yoluxma halı qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son vaxtlar meymunçiçəyinə yoluxma hallarının artdığını açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, qurumun Avropa bölməsinin direktoru Hans Kluge yoluxma hallarının son iki həftə ərzində üç dəfə çoxaldığını bildirib.

ÜST-nin məlumatına görə, epidemiyanın episentri Avropadır. Qitədə 4500-dən çox yoluxma halı var.

Qeyd edib ki, xəstələrin əksəriyyəti 21-40 yaş arasındadır. Onların 99 faiz kişilərdir.

ÜST rəsmisinin sözlərinə görə, xəstəliklərin sayı sürətlə artsa da, hələ də Avropada meymunçiçəyi virusundan ölən olmayıb.

Müəllif: Ayna.az