Dünyada koronavirusla bağlı son statistika

Dünya

22.12.2020 - 22:30

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada daha 8 775 insan təhlükəli infeksiyadan ölüb

 

Dünyada COVID-19-a yoluxanların sayı 76,25 milyon nəfəri ötüb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 76 250 431 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 699 230 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 524 065 nəfər təşkil edib. Son sutkada daha 8 775 insan təhlükəli infeksiyadan ölüb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş