Dünyada koronavirusa yoluxma 10 milyon 600 minə çatıb

Dünya

01.07.2020 - 13:02

Pandemiya dövründə 514 min 298 ölüm halı qeydə alınıb

 

ABŞ-da 130 min 123 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib. AYNA xarici mətbuata istinadən bildirir ki, pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına görə, son sutka ərzində Birləşmiş Ştatlarda koronavirusa 46 mindən çox yoluxma və 764 ölüm faktı qeydə alınıb.

 

ABŞ-da həm yoluxanlar, həm də ölənlər bir gün əvvələ nisbətən artıb. İyunun 29-da bu göstəricilər müvafiq olaraq 44 min 734 nəfər və 366 nəfər idi.

 

Saytın bu gün səhər saatlarına olan məlumatına görə, dünyada 10 milyon 600 minə yaxın yoluxma və 514 min 298 ölüm halı qeydə alınıb, xəstələrin yarıdan çoxu - 5 milyon 812 mini sağalıb. Müalicəsi davam edən 4 milyon 273 min nəfərdən 57 min 849-nün vəziyyəti ağır qiymətləndirilir.

 

Birləşmiş Ştatlarda indiyə qədər 2 milyon 727 min 996 nəfər COVID-19 infeksiyasına yoluxub. Yoluxanlardan 1 milyon 143 min 490 nəfər sağalıb, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 454 min 383 nəfərdir. Onlardan 15 min 935-nin vəziyyəti ağır qiymətləndirilir. ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həmdə ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Müəllif: Ayna.az