Dünyada koronavirusa yoluxanların sayı 131 milyonu ötüb

Dünya

06.04.2021 - 03:54

Ən çox yoluxma halı ABŞ-da qeydə alınıb 

 

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı son sutka ərzində 561 mindən çox artıb.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

 

Məlumata əsasən, ötən sutka ərzində 561 783 nəfər yeni koronavirusa yoluxub, 8 196 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 131 020 967, ölənlərin isə 2 850 521 nəfərə çatıb.

 

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

 

Dünyada ən çox yoluxma halı ABŞ (30 372 016), Braziliya (12 953 597) və Hindistanda (12 589 067) qeydə alınıb.

Müəllif: Ayna.az