Dünyada COVID-19-la bağlı son vəziyyət

Dünya

27.04.2021 - 08:19

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxmanın 46 faizdən çoxu Cənub-Şərqi Asiyanın payına düşür

 

Dünyada son sutka ərzində 794 573 nəfər koronavirusa yoluxub, 12 470 nəfər ölüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 146 841 882 yoluxma hadisəsi, 3 104 743 ölüm faktı qeydə alınıb.

 

Son 24 saat ərzində yoluxmanın 46 faizdən çoxu Cənub-Şərqi Asiyanın (366 552) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (201 644) ilə Avropa (134 957) bölüşür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş