Dünyada COVID-19-dan ölənlərin sayı 3,5 milyonu ötüb

Dünya

29.05.2021 - 02:47

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma sayına görə ABŞ birinci yerdədir 

 

Dünyada son bir gündə koronavirusa 545 mindən çox yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

 

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 545 102 hal qeydə alınıb, COVID-19-dan 12 406 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 168 599 045, ölüm hallarının sayı 3 507 477 təşkil edir.

 

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 869 009 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (27 555 457) və Braziliya (16 274 695)) gəlir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş