“Dünyada bir milyard insan koronavirusa yoluxa bilər”

Xəbərlər

28.04.2020 - 20:40

Həkimlər Klinikalar SEO Xidməti

3 milyondan çox insan ölə biləcəyi proqnoz edilir

 

Beynəlxalq Xilasetmə Komitəsi (IRC) koronavirusun qlobal yayılmasını yavaşlatmaq üçün maddi və humanitar yardıma ehtiyac olduğunu bəyan edib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, Komitə dünyanın varlı ölkələrini Əfqanıstan və Suriya kimi "kövrək ölkələrə" təcili yardıma səsləyib.

 

“Dünyada 3 milyondan çox insanın yoluxduğu, 200 mindən çoxunun ölümünə səbəb olan virusun qarşısı alınmazsa və kasıb ölkələrə dəstək edilməzsə, dünyada Covid-19 bir milyard insanı xəstələndirə bilər. Böyük bir bəlanın qarşısını almaq üçün təcili maliyyə lazımdır”, - deyə bildirilib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Londonun İmperial Kollecin məlumatlarında və hesabatında bildirilir ki, dünya miqyasında 500 milyondan 1 milyard arasında insanın virusa yoluxması ehtimalı var.

 

Ayrıca, münaqişədən təsirlənən və qeyri-sabit iqtisadiyyatı olan onlarla ölkədə 3 milyondan çox insan ölümünün ola biləcəyi proqnoz edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş