Dünyada bir gündə koronavirusa yoluxanların sayı məlum olub

Dünya

12.08.2020 - 03:53

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 216 mindən çox artıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Avqustun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 216 033 nəfər yeni koronavirusa yoluxub, 4 268 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 19 936 210, ölənlərin isə 732 499 nəfərə çatıb.

 

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 697 832 yoluxma və 390 850 ölüm halı.

 

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 606 373, ölənlərin sayı isə 217 278 nəfərə çatıb.

 

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 691 452 yoluxma və 54 633 ölüm halı qeydə alınıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Ayna.az