Daha 13 min 915 nəfər COVID-19-dan vəfat edib
Son sutka ərzində dünyada 500 min 985 insan koronavirusa (COVID-19) yoluxub. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd edilib.
Bildirilib ki, sutka ərzində 13 min 915 nəfər COVID-19-dan vəfat edib.
Ümumilikdə dünya üzrə 101 milyon 561 min 219 insan koronavirusa yoluxub, 2 milyon 196 min 944 nəfər bu infeksiyadan dünyasını dəyişib.