Dünya üzrə COVID-19 statistikası: İlk fakt qeydə alınıb

Dünya

30.04.2020 - 12:02

cedabet dərman SEO Xidməti

Ümumi virusa yoluxanların sayı 3,2 milyon nəfəri keçib

 

Dünya miqyasında yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 221 mini, ölənlərin sayı isə 228 mini keçib. AYNA COVID-19-la bağlı son məlumatları təqdim edir:

 

Maldiv adalarında ilk dəfə koronavirusdan bir nəfər dünyasını dəyişib. Ölkənin Səhiyyə naziri Abdulla Ameen paytaxt Kaledə, 83 yaşında bir qadının pandemiyanın qurbanı olduğunu bildirib. Maldivdə bu günə qədər cəmi 278 nəfərdə koronavirus aşkarlanıb.

 

İsrail: Koronavirusdan ölənlərin sayı 215-ə, yoluxanların sayı 15834-ə yüksəlib.

 

Türkiyə: Yoluxanların sayı 117 min 589, ölənlərin sayı 3 min 81 nəfər olub.

 

ABŞ: Pandemiyadan ölənlərin sayı 61 min 669-a, yoluxanların sayı isə 1 milyon 64 min 572-ə yüksəlib.

 

Böyük Britaniya: 165 min 221 nəfərdə bu günə qədər virus aşkarlanıb. 26 min 97 nəfər virusdan dünyasını dəyiib.

 

Almaniya: Ölənlərin ümumi sayı 6467, yoluxanların sayı 161 min 539 nəfər təşkil edir.

 

Fransa: Yoluxanların sayı 166 min 420, ölənlərin sayı 24 min 87-ə çatıb.

 

Niderland: Yoluxanların sayı 38 min 802-ə, ölənlərin sayı 4 min 711-ə yüksəlib.

 

Belçika: Yoluxanların sayı 47 min 859, ölənlərin sayı 7501 nəfərə yüksəlib.

 

İtaliya: Ölənlərin sayı 27 min 682-ə, yoluxanların sayı 203 min 591-ə çatıb.

 

Braziliya: Yoluxanların sayı 79 min 685, ölənlərin sayı 5513 nəfər təşkil edir.

 

Çin: Yoluxanların sayı 82 min 862 nəfərdir, 4366 nəfər vəfat edib.

 

Yaponiya: Yoluxanların sayı 13 min 965, ölənlərin sayı 425 nəfər.

 

Avstraliya: Yoluxma sayı 6752, ölüm sayı 91.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş