Dünya liderləri təyyarə qəzası ilə bağlı başsağlığı veriblər

Xəbərlər

25.12.2024 - 18:10

cedabet dərman SEO Xidməti

Prezidentlər İlham Əliyevə başsağlığı veriblər

Dünya liderləri Azərbaycan Prezidenti İlham Əliyevə AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərlə bağlı başsağlığı veriblər.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə “Tasnim” məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə Belta məlumat yayıb.

“Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğradığını böyük kədərlə öyrəndim”. Bu sözlər Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın "X" hesabında etdiyi paylaşımında əksini tapıb.

“Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə başsağlığı verirəm”, - Ersin Tatar qeyd edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib. Bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.

Qazaxıstan Prezidenti Azərbaycan xalqının kədərini bölüşdüyünü vurğulayıb: “Sizə, həlak olanların yaxınlarına və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mənim tapşırığımla Qazaxıstan hökuməti xilasetmə əməliyyatı çərçivəsində lazımi tədbirləri həyata keçirən və gələcəkdə Azərbaycan tərəfinə lazımi dəstəyi göstərən dövlət komissiyası yaradıb”.

Belçikanın Azərbaycandakı səfiri Julyen de Fraypont Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Bu barədə səfir “X” platformasında paylaşım edib.

“Qazaxıstanda təyyarə qəzası ilə bağlı xəbərləri şok və kədər hissi ilə qarşıladıq. Biz qurbanlar və onların ailələri ilə həmrəyik”, - səfir qeyd edib.

Moldova Prezidenti Maya Sandu Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Prezident bununla bağlı "X" hesabında paylaşım edib.

"Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğramasına görə dərin kədər hissi keçiririk. Dualarımız həlak olanlar, onların ailələri və bütün zərərçəkənlərlədir. Sağ qalanlara və yerdə olan xilasetmə qruplarına güc diləyirik", - deyə Moldova Prezidenti qeyd edib.

İtaliyanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Səfirlik bu barədə "X" hesabında paylaşım edib.

“İtaliya səfirliyi bu gün baş vermiş təyyarə qəzasında həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verir və lazımi yardımı göstərməyə hazır olduğunu bildirir", - deyə paylaşımda qeyd edilib.

İsrail Dövlətinin Prezidenti İshak Hersoq Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. O, bununla bağlı "X" hesabında paylaşım edib.

“Bu gün səhər saatlarında Aktau yaxınlığında Azərbaycan Hava Yollarının Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş bütün xalqların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm", - Hersoq bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş