Dünya birjalarında neft ucuzlaşıb

İqtisadiyyat

07.06.2023 - 11:31

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı düşüb

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,5 dollar azalaraq 75,79 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,47 dollar ucuzlaşaraq 71,27 dollar təşkil edib.

Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,96 dollar azalaraq 78,56 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş