Dövlət Vergi Xidməti yeni binaya köçdü

Xəbərlər

11.06.2021 - 12:59

Xidmət yeni ünvanda fəaliyyətə başlayıb

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatı artıq yeni – AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155 ünvanında yerləşən inzibati binada fəaliyyətə başlayıb.

 

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AYNA-ya bildirilib ki, qurumun aparatına kağız daşıyıcıda təqdim etməli olunan sənədlərin (müraciətlərin) yeni inzibati binanın ünvanına - AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanına göndərilməsi xahiş olunur.

Müəllif: Ayna.az