Dövlət radisou Kim Çen İnlə bağlı məlumat yayıb

Dünya

27.04.2020 - 12:21

cedabet dərman SEO Xidməti

Ölkə rəhbərinin öz vəzifəsinin başında olduğu bildirilir

 

Cənubi Koreyada fəaliyyət göstərən “Yonhap” xəbər agentliyi, Şimali Koreyanın dövlət radiosuna istinadən, son günlərdə öldüyü deyilən Şimali Koreya lideri Kim Çen İnin səhhətinin qaydasında olduğu və fəal şəkildə öz vəzifəsini icra etdiyi barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Kim Çen İn ölkənin şimal sərhədində yeni Samjiyon şəhərinin salınmasında itirak edən bütün işçilərə təşəkkürünü çatdırıb.

 

Qeyd edək ki, son günlər Şimali Koreya liderinin ürək əməliyyatı keçirdiyi, komaya düşdüyü, hətta həyatını itirdiyina dair xəbərlər yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş