Dövlət qulluğuna müsahibədə 23 nəfər uğur qazanıb

Xəbərlər

19.05.2021 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

Müsahibələrin iyunun 11-dək keçirilməsi planlaşdırılır

 

Dövlət orqanlarında 46 vakant vəzifə üzrə bu il martın 15-də elan olunmuş ümumi müsahibə davam edir. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Qeyd edilib ki, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub. Bu günə olan məlumata görə, müsahibələrdə 23 nəfər uğur qazanıb.

 

Mayın 3-dən keçirilmiş müsahibələrdə iştirak üçün 236 nəfər müraciət edib. Müsahibələrin iyunun 11-dək keçirilməsi planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş