Dövlət Departamenti: “Romada ABŞ-İran danışıqları məhsuldar olub”

Dünya

28.05.2025 - 16:58

cedabet dərman SEO Xidməti

Tammi Bryus: “Tərəflər yenidən görüşmək barədə razılığa gəliblər”

“Ötən həftə Romada keçirilən ABŞ-İran danışıqlarının sonuncu raundu konstruktiv keçib və tərəflər tezliklə yenidən görüşmək barədə razılığa gəliblər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.

"Müzakirələr həm birbaşa, həm də dolayı olub və iki saatdan çox davam edib", - o jurnalistlər üçün keçirilən brifinqdə söyləyib.

Bildirib ki, danışıqlar konstruktiv şəkildə davam edir: “Biz daha da irəliləyiş əldə etdik. Hər iki tərəf yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər".

Qeyd edək ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçirib və Oman vasitəçi qismində çıxış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş