Doğranmış qadın meyiti ilə bağlı araşdırma aparılır

Hadisə

28.01.2021 - 11:29

Baş Prokurorluq dəhşətli hadisə barədə məlumat yayıb

 

Yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hazırda araşdırmalar davam etdirilir: “Yanvarın 27-də paytaxtın Nəsimi rayonu ərazisində doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Müəllif: Ayna.az